19 oktyabr 2018 12:33

Azərbaycanda krediti ən çox onlar verir - SƏBƏB

Hazırda Azərbaycanda 46 Bank Olmayan Kredit Təşkilatı, 70 kredit ittifaqı var. Lakin Mərkəzi Bankın və Dövlət Statistika Komitəsinin açıqladığı son mulamata görə Azərbaycanda ən çox krediti  banklar verib. Ölkədə fəaliyyət göstərən 30 bank Azərbaycanda verilən kreditin 96.7% ni təşkil ediblər.

Nə üçün bu qədər maliyyə təşkilatları olduğu halda əsas krediti ancaq banklar veriblər?

İqtisadçı ekspert Samir Əliyev  məsələ ilə bağlı açıqlama verərkən bildirib ki, səbəb odur ki, banklar böyük resursa malikdir. Banklar krediti depozitlərin hesabına verirlər. Banklar depozit cəlb etdikcə kredit də artır. Amma bank olmayan kredit təşkilatlarının depozit cəlb etmək hüquqi yoxdur. Onlar özlərinin pul vəsaitləri ancaq kreditləşməyə yönəldə bilərlər. Həmçinin kredit ittifaqları da BOKT-ların bir hissəsidir. Kredit ittifaqları daha çox öz üzvlərini maliyyələşdirmək üçün nəzərdə tutulub.  Bu normal haldır. Çünki bankların resurs cəlb etmək imkanları daha çoxdur.  Funksiyaları da daha çoxdur.

Dünya praktikasında bu məsələ necə tənzimlənir ?

Dünya praktikasında  qiymətli kağızlar bazarı da var. Ümumilikdə  borclanmanın bir növü kreditləşmədir ,bir növü isə qiymətli kağızlar buraxmaqla pul cəlb etməkdir. Dünya praktikasında bankların payı bizdəki qədər deyil. Azərbaycanda kreditləşmə də bankların payı həddən artıq çoxdur. Ona görə çoxdur ki, qiymətli kağızlar bazarı çox zəif inkişaf edib. Odur ki, pul lazım olanda hamı banka üz tutur. Əsas səbəb budur. Amma BOKT –ların payı böyük deyil onların resursu da kiçikdir. Onların səlahiyyətləri də banklarla müqayisədə azdır.  

Ümumilikdə nəzər salsaq görərik ki, kredit bazarının həcmi də kiçikdir. Bu azmış kimi BOKT-ların bazar payı azdır. Digər ölkələrdə isə BOKT-ların payı kreditləşmədə çoxdur. Amma bankla müqayisə edilə bilməz. BOKT-ların payının kredit portfelində az olması təbiidir.

Xatırladaq ki, Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, sentyabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12306,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən isə  bildiriblər ki, ümumi kredit portfelinin 9873,4 milyon manatı və ya 80,2 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1772,4 milyon manat olub və ümumi kredit portfelinin 14,4 faizini təşkil edib.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz