19 oktyabr 2018 10:41

Kredit kartı ölçüsündə smartfon təqdim edilib

Yaponiyanın “Kyocera” şirkəti dünyada ən nazik telefon adına iddia edən yeni “KY-O1L” smartfonunu təqdim edib.

FED.az xəbər verir ki, “iz.ru” saytının məlumatına görə, qurğunun qalınlığı 5,3 millimetr təşkil edir, ölçüsü isə bank kartının ölçüsü ilə müqayisə edilə bilər. Sözügedən smartfonun çəkisi 47 qramdır.

Smartfon 2,8 düym diaqonallı ağ-qara displey, həmçinin 380 milliamper/saat tutumlu akkumulyatora malikdir. Bundan başqa, yeni model “LTE” texnologiyasını dəstəkləyir. Qurğuda kamera və proqramlar mağazası yoxdur, ancaq bu modelin sahibləri brauzer vasitəsilə internetə çıxa bilər.

Bir ay ərzində bazara çıxarılacaq qurğunun qiyməti 284 dollar məbləğində qiymətləndirilir.

Xatırladaq ki, sözügedən smartfonun qiyməti 287 dollar təşkil edir.


 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz