19 oktyabr 2018 08:49

Bitcoinin qiyməti yenidən 6 500 dollardan aşağı düşdü

Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoin ucuzlaşıb.
 
FED.az xəbər verir ki, Bitcoin  bu gün 1,02%  düşərək 6 487 dollar  olub.

Bitcoin Cash və Etherum da dəyər itirib.

Belə ki, Bitcoin cash 3,34% geriləyərək 437 dollar, Etherum  da 2,12% yüksələrək 203 dollar təşkil edib.

Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 16-ı bahalaşıb qalan 84-i isə ucuzlaşıb.

Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 208 412 761 224 $ -dır.
 
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir
 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz