18 oktyabr 2018 23:15

Banklar üçün həyacan siqnalı - "AZƏRPOÇT" BANK MÜKAFATI ALDI

Azərbaycanın milli poçt operatoru “Azərpoçt” MMC “Mastercard” debet layihəsini uğurla tamamlayan bank nominasiyasının qalibi elan edilib. Bu münasibətlə “Azərpoçt” MMC xüsusi sertifikata layiq görülüb. 
Eləcə də bax: Problemli kreditlərin sahibləri kimlərdir? - ARAŞDIRMA

MMC-dən FED.az-a bildirilib ki, 2012-ci ildən “Mastercard”a qoşulan “Azərpoçt” müxtəlif illərdə bu beynəlxalq ödəniş sisteminin bir neçə nominasiyasının qalibi olub.

Debet layihəsinin tətbiqi dövründə əsas hədəf müştərilərə yeni məhsulu düzgün təqdim etmək və həmin məhsulun bazarda kart istifadəçilərinə verdiyi imkanlardan yararlanmaq olub.

“Azərpoçt” MMC bu günə qədər 120 mindən artıq kart emissiya edib. Hazırda MMC-nin 61 ATM-i (bankomatı) fəaliyyət göstərir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz