18 oktyabr 2018 22:40

Bakı "novostroyka"larında ən ucuz və ən bahalı - MƏNZİLLƏR

Bakıda yeni tikilən binalarda ən ucuz və ən bahalı mənzillərin qiymətləri məlum olub.

FED.az-ın məlumatına görə, bu gün Bakı şəhəri ərazisində ölkənin tikinti şirkətlərinin təklif etdiyi 193 yaşayış kompleksində mənzil almaq olar. 2018-ci ilin sentyabr ayının nəticələrinə görə Bakı şəhərində yeni tikili binalarda kvadrat metrin orta qiyməti 1545 AZN təşkil edir. 
Eləcə də bax: 9 ildir binanı təhvil verə bilmir - MTK-dan PREZİDENTƏ ŞİKAYƏT

Əgər yeni tikili binaların qiymətini rayonlar üzrə müqayisə etsək, ən bahalı rayon Səbail rayonudur ki, burada orta hesabla bir kvadrat metrin qiyməti 2950 AZN təşkil edir, yaşayış üçün ən ucuz sektor isə Abşeron rayonudur ki, burada da orta hesabla bir kvadrat metrin qiyməti 900 AZN təşkil edir.

Bakı şəhərinin rayonları üzrə mənzillərin orta qiyməti:

Səbail

2950 AZN/m2

Nəsimi

2050 AZN/m2

Xətai

2030 AZN/m2

Nərimanov

1900 AZN/m2

Yasamal

1760 AZN/m2

Nizami

1420 AZN/m2

Binəqədi

1380 AZN/m2

Sabunçu

1300 AZN/m2

Qaradağ

1180 AZN/m2

Xəzər

1050 AZN/m2

Suraxanı

980 AZN/m2

Abşeron

900 AZN/m2

Əgər inşa edilmiş evlər və hələ də inşaatda olan mənzillərin dəyərini müqayisə etsək, hazır mənzillərin qiyməti daha yüksək olacaq.

Artıq təhvil verilmiş hazır yeni mənzildə kvadrat metrin qiyməti 1580 AZN təşkil edəcək. Bakının 2018-ci ildə, təhvil verilmiş, həmçinin bu ilin sonuna tikintisi başa çatmaqda olan yeni tikili binalarında orta qiymət 1430 AZN təşkil edir. İnşa olunan və 2019-cı ildə başa çatacaq yaşayış komplekslərində orta qiymət 1370 AZN-ə bərabərdir.

Qeyd edək ki, araşdırma "Flatfy" şirkəti tərəfindən aparılıb. 

Eləcə də bax: «Renessans Palace»ın ən bahalı mənzilləri – ŞƏRAİT, QİYMƏT

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz