18 oktyabr 2018 17:03

«Bank of Baku»nun rəhbərliyində dəyişiklik – TƏYİNAT

Aslan Nəbiyev Mikro və KOS kreditlər departamentinə yeni direktor təyin olunub.  

ELƏCƏ DƏ BAX: Nazirlər Kabinetinin iki şöbə müdiri işdən çıxarılıb


“Bank of Baku”nun rəhbər strukturunda kadr dəyişikliyi olub. FED.az xəbər verir ki,““Bank of Baku” ASC-nin Mikro və KOS kreditlər departamentinin direktoru Rüstəm Məlikov tutduğu vəzifədən ayrılıb. Bundan sonra o, fəaliyyətini “Nikoilbank”ın Mikrokreditlər departamentinin direktoru kimi davam etdirəcək

“Bank of Baku” ASC-nin Mikro və KOS kreditlər departamentinin direktoru vəzifəsinə isə bu bankın Sumqayıt filialının direktoru Aslan Nəbiyev təyin edilib. A.Nəbiyev uzun illərdir ki, “Bank of Baku”da çalışır və peşəkar bankçı kimi tanınır.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz