18 oktyabr 2018 20:00

Kontakt Home işçi axtarır - VAKANSİYA

Company: Kontakt Home

Vacancy: Kassir

Tələblər:
 
• Ali təhsil 
• Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır
• Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
• Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı
• Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli
• Microsoft Office programları üzrə biliklərə malik olmalı
• İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır

Vəzifələr:

• Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərini qəbul edir
• Ödənilən vəsaitləri yoxlayır və tələb olunan qaydada əməliyyat həyata keçirir
• Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib edir
• Kassadan keçən bütün pul vəsaitləri, sənədləri və qiymətləri izləyir, nəzarətdə saxlayır və hesabatını aparır
• Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin edir
• Müştərilərin suallarını dinləyir, səlahiyyəti çərçivəsində cavablandırır və ya aidiyyatı üzrə yönəldir
• Yaranan problemlərlə bağlı mağaza direktoruna müraciət edir
• Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirir

İş şəraiti:

- Əmək məcəlləsinə uyğun sənədləşmə
- İş qrafiki- İşçi 3 gün işləyir 1 gün istirahət edir (hər 3 gündən bir istirahət günü)

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən CV formasını mövzu yerində "Kassir" yazaraq hr@abc-telecom.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz