18 oktyabr 2018 12:48

Daha 2 bank müvəkkil bank oldu

"Azərbaycan Beynəlxalq Bankı” və “Bank Respublika” ASC-lər İpoteka və Kredit Zəmanət Fondunun kredit zəmanət fəaliyyəti üzrə müvəkkil bankı olub.

Bu barədə Fonddan bildirilib.

Bununla da, qurumun kredit zəmanət fəaliyyəti üzrə müvəkkil banklarının sayı 12-yə çatıb.

Digər 10 bank “Azərbaycan Sənaye Bankı”, “Express Bank”, “Kapital Bank”, “Muğan Bank”, “NBC Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Turan Bank”, “Unibank” və “Zıraat Bank Azərbaycan” ASC-lərdir. 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz