18 oktyabr 2018 12:01

Böyük zərərdə idi, mənfəətə çıxıb – HESABAT

TBC Kredit “BOKT” ( bank olmayan kredit təşkilatı) 2017-ci ilin yekunu üçün hesabatını açıqlayıb.

FED.az  “BOKT”-un “Mənfəət və Zərər” haqqında hesabatına əsasən xəbər verir ki, BOKT-un 2017-ci ilin yekununda faiz gəlirləri  5 mln 564 min manat, faiz xərcləri isə 2 mln 120 min manat olub. Sonda xalis faiz gəlirləri 2017-ci ilin yekununda 2016-cı ilə nisbətən 38,73% azalaraq 3 mln 444 min manata enib.

2017-ci ildə “BOKT”-un haqq və komissiya xərcləri 53 min manat, inzibati və əməliyyat xərcləri 2 mln 981 min manat olub.

Yekunda, “BOKT” 2017-ci ili 1 mln 188 min manat mənfəətlə, 2016-cı ilin yekununu isə 7 mln 723 min manat zərərlə başa vurub. Qeyd edək ki, ötən il zərərin belə böyük olmasınnı səbəbi, şirkətin kreditlərin dəyərsizləşməsini kompensasiya etməsi üçün 9,4 milyon manat vəsait ayırması olub. Bu il həmin xərclərə 1,2 milyon manat ayırılıb, amma istifadə edilmədiyinə görə, şirkət böyük xərcə düşməyərək mənfətə çıxa bilib.

FED.az «TBC Kredit» BOKT “Balans” hesabatına əsasən bildirir ki, “BOKT”-un cəmi aktivləri 2017-ci ildə 2016-cı illə müqayisədə 3,31% azalaraq 25 mln 326 min manat, cəmi kapital isə 38,57% artaraq 4 mln 268 min manata yüksəlib.

«TBC Kredit»in kredit portfeli də azalıb. Belə ki, 2017-ci ildə BOKT-un kredit portfeli 19 mln 290 min manat təşkil edib, 2016-cı ildə isə bu göstərici 20 mln 206 min manat idi.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz