18 oktyabr 2018 10:42

«Dubaya, İngiltərəyə, Yaponiyaya bal satırıq» – AMMA QİYMƏT BAHADIR

Azərbaycanda bal yarmarkasının işə düşməsi və bu sahəyə marağın artması fonunda balın xaricə ixracı məsələsi üzə çıxıb və məlum olub ki, balımız xaricə ixrac etmək üçün çox bahadır. Doğrudur, Azərbaycandan xaricə bal ixracı var, amma bunu həcmi çox aşağıdır və əlaqədar qurumlar hesab edir ki, bunun üçün bal sektorunda daha peşəkar oyunçular yetişməli və balın maya dəyəri azalmalıdır.

Kənd Təsərrüfatı Nazirliyinin ictimayyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseyinov FED.az-a bildirib ki, Azərbaycanda arıçılar fərdi şəkildə müxtəlif ölkələrə bal ixrac edirlər. Bunlar Türkiyə, ərəb ölkələri, İndoneziya,  Malayziya, Yaponiya, İrlandiya və başqalarıdır.

Azərbaycan Arıçılar Assosiasiyasının rəhbəri Bədrədin Həşimov bildirir ki, Azərbaycandan indiyədək ən çox Yaponiyaya bal göndərilib - 8 ton. İxracatda artım var, belə ki, ötən il Yaponyaya 6 ton bal göndərilmişdi, bu il isə ixrac 2 ton artıb. «Artıq Dubaya 5,5 ton hazirdir bu ay ərzində yola salınacaq. İngiltərəyə də nümunə üçün 450 kq göndərlib və 400 kq isə Qətərə yola salnıb».

Qimətlərə gəldikdə isə Azərbaycan balı Yaponyaya 12,5 dollara (21,25 manat), ərəb ölkələrinə isə 13 dollara (22,1 manat) satılır İngiltərədən olan şirkət isə Azərbaycan balı 18-20 manata alıb, «amma  onun bu balı orada neçəyə satdığını bilmirik.

B.Həşimov bildirir ki, bal ixracatı üçün sənədlər hər bir ölkə üçün fərqlidir və tez-tez dəyişdiyi üçün onu bilmək olmur. «Lakin “AzPromo” və «Bir Pəncərə» ixrac mərkəzi həmin sənədlərin toplanmasında köməklik edirlər». Qeyd edək ki, xaricə bal satmaq üçün beynəlxalq sertifikat, yəni laboratoriya analizinin nəticələri tələb olunur. Yalnız bundan sonra məhsul idxalı başlanır.

İxracçıların əsas problemi qiymətin yüksək olmasıdır, müşahidələr göstərir ki, Azərbaycan balı digər ölkələrlə müqayisədə yüksəkdir. Bir qədər əvvəl nazirliyin apardığı araşdırma da göstərmişdi ki, Azərbaycan balı ətraf ölkələrlə müqayisədə bahadır və qiymət dəyişikliyi olmasa onun ixrac imkanları zəif olacaq.

Nazirlikdə bunu həm balın keyfiyyəti, həm də maya dəyərinin yüksək olması ilə izah edirlər.

«Elə bal ola bilər ki, qiyməti ucuz ola bilər amma keyfiyyət cəhətdən çox aşağı olar. Məsələn xaricdən gələn məhsullar var onların qiymətiçox ucuzdur amma bizim yerli balın keyfiyyəti ondan çox yüksəkdir. Belə də Azərbaycanda bal ətraf qonşu ölkələrdən çox bahadır»-deyə V.Hüseynov bildirir.

Qiymətin bahalığının digər, əsas səbəbi isə yerli balın maya dəyərinin yüksək olması və istehsalın aşağı düşməsidir: «Bu il bal istehsalı azalıb, bizdə olan məlumata görə, cəmi  3 min ton bal istehsal olunub, səbəbi havaların quraqlıq keçməsidir»-deyə KTN rəsmisi vəziyyəti açıqlayır.

Bu rəqəmin nə qədər aşağı olduğunu göstərmək üçün qeydedək ki, Azərbaycanda bir yeşikdən (pətəkdən) 5-10 kiloqram bal götürüldüyü halda, Avropada bu rəqəm 80-90 kiloqram arasındadır. Məhsuldarlığın az olmasının səbəbi təcrübənin az olmasıdır. Azərbaycanda arıçılıq fərdi qaydada inkişaf edib, yəni sistemli iri təsərrüfatlar yox səviyyəsindədir.

Halbuki, xarici ölkələrdə bal istehsalını artırmaq üçün müxtəlif üsullardan istifadə edilir. Onlardan biri arılar olan ərazilərdə xüsusi nektarlı bitkilərin əkilməsidir. Belə alda arıların bal toplaması üçün daha böyük imkanlar olur.

Təcrübəsizlik özünü arı pətəklərini düzgün düzülməsindən və məhsulların qablaşdırılmasından tutmuş müxtəlif məsələlərdə də göstərir. Məsələn, Azərbaycanda pətəkləri yan-yana düzürlər, halbuki bunun özünün də düzülüş qaydası var. «Bunları öyrənmək üçün uzağa getmək lazım deyil, «YouTube» və digər sosial şəbəkələrdə bununla bağlı çoxsaylı məlumatlar var»-deyə V.Hüseünov bildirir. Onun sözlərinə görə, arıçılar məhsullarını sadəcə qaba süzüb gətirməklə işlərini bitmiş sayırlar, amma daha ciddi iş aparılmalıdır: “Bunula irəli getmək olmaz”.

Ölkədən bal ixracına başlansa da, hazırda əsas vəzifələrdən biri daxili bazarı balla təmin etməkdir. Qeyd edildiyi kimi, ölkədə 3 min ton bal istehsal edilsə də, hər il 5 min ton bal yeyilir. Yəni çatışmayan 2 min ton bal xaricdən gətirilir. Özü də bu, hələ əhalinin baldan nisbətən az istifadə etdiyi bir vaxtdadır. Azərbaycanda əhali balı gündəlik rasionuna daxil etsə, ölkədə bala tələbat qat-qat arta bilər. Bu baxımdan ölkə daxilində bal istehsalı həddən artıq azdır və bunun böyük bazarı var.

B.Həşimov bildirir ki, gələcəkdə bal istehsalını 10 min tona yüksətmək planlaşdırılır. Əslində bu mümkündür, sovet vaxtında Azərbaycan ildə 15 min ton bal istehsal edib.

Hazırda problemi həll etmək üçün bir neçə istiqamətdə i aparılır. Əvvəla arıçılar təşkilatlanır – artıq Assosiasiya fəaliyyətə başlayıb. İkinci məsələ arıçılara təstək tədbirləri başlanıb. Bir qədər əvvəl dövlət başçısının imzaladığı sənədlərə əsasən, artıq qarşıdakı 5 il ərzində hər arı ailəsinə görə arıçılara 10 manat subsidiya veriləcək. «Hər arıçılıq təsərifuatında təqribən 100-150 arı ailəsi olur, bu hesabla dövlətdən hər il 1000-1500 manat yardım alınacaq ki, bu da onların dərmanlanmasına və qışda yemləməsinə böyük köməklikdir».

Digər addım isə balların brendləşməsidir. Azərbaycan Arıçılar Assosiasiyasının ixracatçılar birliyi yaranıb və bu birliyə 29 fermer öz məhsullarını berndləşdirib və normal qablaşdırılmış halda ixrac edirlər: «Amma biz istəyirik ki, korperativlər yaransın və məhsullarını brendləşdirib satsınlar. Yəni bir neçə arıçı bir brend altinda birləşsələr ixrac asan olacaq. Hər haldı arışıların buna razılaşacağına inanırıq».

  

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz