15 oktyabr 2018 12:20

Türkiyədə işizlərin sayı artıb - RƏQƏMLƏR

Türkiyədə bu ilin iyul ayına olan işizlik rəqəmləri açıqlandı. FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İyul ayında bir əvvəlki ilin eyni ayına görə işsizlik nisbəti  0,1 bal artaraq 10,8% oldu. İşsizlərin sayı gəldikdə 88 min nəfər artaraq 3 milyon 531 min nəfərə çatıb. Qeyd edək ki, iyun ayında işsizlik səviyyəsi 10,2% təşkil edib.

2018-ci ilin iyul ayında işləyənlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 507 min nəfər artaraq 29 milyon 265 min nəfər, məşğulluq səviyyəsi isə 0,2 bal artaraq 48,2 faiz olub.

2018-ci ilin iyul ayında işçi qüvvəsi ötən ilin eyni dövrünə nisbətən 596 min nəfər artaraq 32 milyon 796 min nəfər, işçi qüvvəsi iştirak payı isə 0.3% artaraq 54% olmuşdur. Eyni dövrlər üçün edilən müqayisələrə görə; kişilərin işgücünə qoşulma dərəcəsi 0,3 bal artımla 73,8%, qadınlarda isə 0,4 bal artımla 34,7% təşkil etmişdir.

2018-ci ilin iyul ayında heç bir sosial təminat müəssisəsi olmayan işçilərin nisbəti bir əvvəlki ilin eyni dövrünə nisbətən 0,9 faiz azalaraq 34,3 faiz səviyyəsində reallaşmışdır. Qeyri-kənd təsərrüfatı sektorunda qeydiyyata alınmamış işçilərin faizi əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyişməz olaraq 22,2% təşkil etmişdir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz