12 oktyabr 2018 17:46

Banklar agent bankçılıq perspektivlərini müzakirə etdi

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı maliyyə inklüzivliyinin gücləndirilməsi prioritet hədəfinin icrası çərçivəsindəilə növbəti tədbir keçirilib.

Tədbirdə bu prioritet hədəf üzrə əsas icraçı orqan olan Palata tərəfindən agent bankçılıq, onun perspektivləri və bu sahədə beynəlxalq təcrübəyə dair araşdırma nəticələri iştirakçılara açıqlanıb. Azərbaycan Respublikası Mərkəzi Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının və bank nümayəndələrinin iştirak etdiyi tədbirdə maliyyə inklüzivliyinin gücləndirilməsində agent bankçılığın rolu, agent bankçılıq perspektivləri, təqdim olunan xidmətlər və agent bankçılığın tətbiqi imkanları ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qarşılıqlı müzakirələr əsasında keçən tədbirdə agent bankçılığa təsiredici amillər, risklər, habelə bank və agent münasibətlərinin tənzimlənməsi açıqlanaraq iştirakçıların agent bankçılıq və onun tətbiqi perspektivləri ətrafında sualları cavablandırılıb.
 
 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz