12 oktyabr 2018 17:12

AZAL reysləri İstanbulun üçüncü hava limanına yönləndirəcək

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti hazırda İstanbulun Atatürk hava limanına hərəkət edən reysləri üçüncü hava limanına yönləndirəcək.

Bu barədə FED.az-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

P.Kəsəmənskinin sözlərinə görə, yeni hava limanına müntəzəm reyslər həm AZAL, həm də “Silk Way” tərəfindən həyata keçiriləcək:

“Yeni hava limanında tarif siyasəti “Atatürk” hava limanı ilə eyni səviyyədə qalacaq”.

P.Kəsəmənski əlavə edib ki, “Buta Airways” aviaşirkəti indiki tarif siyasəti çərçivəsində “Sabiha Gökçən” hava limanına reysləri davam etdirəcək.
 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz