12 oktyabr 2018 16:49

Yükə görə 116 min manat ödəniş etmişik – SIĞORTADAN AÇIQLAMA

“Azərbaycan Sənaye Sığorta” ASC yük sığortası üzrə növbəti iri sığorta ödənişi həyata keçirib. Şirkətdən FED.az-a veilən məlumata görə, hadisə bu ilin mart ayında, gəmi daşıması zamanı baş verib. Sığorta ödənişinin ümumi məbləği 116 642 olub. «Bununla da, “Azərbaycan Sənaye Sığorta” ASC fiziki və korporativ müştəriləri üçün dəqiq, şəffaf və etibarlı sığorta tərəfdaşı olduğunu bir daha nümayiş etdirib»-deyə şirkətdən bildirilib.

Qeyd edək ki, Azərbaycan Sənaye Sığorta ASC 7 nümayəndəlik üzrə, hüquqi və fiziki şəxslərə 29 könüllü və 4 icbari növ üzrə operativ xidmət göstərir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz