12 oktyabr 2018 16:29

Azərbaycan bəzi ərzaq mallarının idxalını artırıb - SİYAHI

Cari ilin yanvar-sentyabr aylarında idxal olunan yeyinti məhsullarının dəyəri  4 milyon 501 min dollar və ya 0.4 faiz artıb.

FED.az Azərbaycan Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin 9 ayında ölkəyə 976 milyon 290 min  ABŞ dolları səviyyəsində yeyinti məhsulları idxal olunub.

DGK-nin hesabatına əsasən, əsas mal qruplarından olan  ət, süd, buğda, bitki və heyvan mənşəli piylər və yağların idxalında artım müşahidə edilir. Kərə yağı, çay, şəkər idxalında isə azalma var.

 

Məhsullar. tonla 2017-ci il yanvar-sentyabr 2018 yanvar-sentyabr.
Ət. Ton 30 387 34 252
Süd.ton 6 023 6 240
Kərə və süddən hazırlanmış digər yağlar. Ton 10 837 8 709
Meyvə-tərəvəz. Ton 191 826 199 187
Çay. ton 9 840 9 646
Buğda. Ton 746 385 829 250
Bitki və heyvan  mənşəli piylər və yağlar. ton 104 597 112 751
Şəkər.ton 267 430 173 133
 
Beləliklə, ötən ilin 9 ayı ilə müqayisədə ət idxalı 11.2 faiz,  süd 3.4 faiz, buğda 10 faiz, bitki yağlarının idxalı isə 7.2 faiz artıb.
Kərə və süddən hazırlanmış digər yağların idxalında 20 faiz, şəkər idxalı isə 35.2 faiz azalıb.
 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz