12 oktyabr 2018 14:06

Badamdarda torpaq sürüşməsi baş verib - KÖÇÜRÜLMƏ OLACAQ

Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) torpaq sürüşməsi baş verib. FED.az xəbər verir ki, oktyabrın 12-də gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilən istinad divarının yaxınlığında torpaq qatınınçökməsi halı qeydə alınıb.

ELƏCƏ DƏ BAX: Bakının «varlılar məhəllə»lərində əmlaklar – NİYƏ ALIB, NİYƏ SATIRLAR? 

Məsələ ilə əlaqədar hazırda Fövqəladə Hallar Komissiyası, Səbail Rayon İcra Hakimiyyəti və Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssisləri hadisə yerində olublar.

Baş nazirin müavini Hacıbala Abutalıbov da hadisə yerinə gəlib.

Vətəndaşların və Badamdar yolundan keçən avtomobillərin təhlükəsizliyinin təminatı üçün müvəqqəti olaraq Badamdar şossesinin bu əraziyə düşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar 20-ci sahə adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər. Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq.

Əraziyə yaxın obyeklərini fəaliyyəti dayandırılıb, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacınınüst hissəsində yerləşən 8 fərdi yaşayış evlərində yaşayan vətəndaşlar müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.

Hazırda ərazıdə araşdırmalar aparılır.







Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz