12 oktyabr 2018 14:03

Gəncədə kadr dəyişikliyi - YENİ TƏYİNAT

Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev işdən çıxarılıb.

FED.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, bu ilin iyun ayında Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi təyin olunan Bəxtiyar Davud oğlu Haqverdiyev tutduğu vəzifədən azad edilib. Həmin vəzifəyə isə Nazim Məmməd oğlu Əhmədov təyin olunub.

N.Əhmədov bu təyinata qədər Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Xəstəxananın baş həkimi vəzifəsində çalışıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz