12 oktyabr 2018 13:38

Aktivləri də mənfəəti də azalıb – BANK HESABATI

«Rabitəbank» 2018-ci ilin 3-cü rübü üçün hesabatını açıqlayıb.


FED.az “Rabitəbank”ın “Mənfəət və Zərər” haqqında hesabatına əsasən xəbər verir ki, bankın 2018-ci ilin ilk 9 ayı üçün faiz gəlirləri 26 mln 176 min manat, faiz xərcləri isə 10 mln 111 min manat olub. Sonda xalis faiz gəlirləri 2018-ci ilin 3-cü rübü üçün ötən  ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artaraq 16 mln 65 min manata çatıb.

 

Bankın 2018-ci ilin ilk 9 ayı üçün qeyri-faiz gəlirləri 7 mln 199 min manat, qeyri-faiz xərcləri isə 5 mln 251 min manat olub. Sonda xalis faiz gəlirləri ötən ilin eyni dövrünə nəzərən 3,3 dəfə azaraq 1 min 947 min manata enib.

 

Yekunda, 2018-ci ilin 3-cü rübündə “Rabitəbank”ın mənfəəti ötən ilin eyni dövrünə nisbətən 25,85% azalaraq 476 min manata enib. Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 2-ci rübü üçün bankın mənfəəti 311 min manat, 2017-ci ilin yekununda isə mənfəət əldə etməyib və dövrü 11 mln 563 min manat zərərlə başa vurub.

 

FED.az “Rabitəbank”ın “Balans” hesabatına istinadən xəbər verir ki, bankın cəmi aktivləri 2018-ci ilin ilk 9 ayında ötən ilin eyni dövrü ilə müqayisə də 10,15% azalaraq 656 mln 158 min manat enib, cəmi kapital isə 1,52% artaraq 86 mln 989 min manata çatıb.

 

Bankın kredit portfeli 2018-ci ilin ilk 9 ayında keçən ilin eyni dövrü ilinə nəzərən 47,20% artaraq 292 mln 20 min manata çatıb. Xatırladaq ki, 2017-ci ilin yekunun da kredit portfeli isə 234 mln 645 min manat təşkil edib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz