12 oktyabr 2018 13:34

İdxal olunun avtomobillərin sayı 2,5 dəfə artıb - STATİSTİKA

2018-ci ilin yanvar-sentyabr  ayları ərzində Azərbaycana idxal olunan avtomobillərin miqdarı ötən ilin eyni dövrü ilə müqayisə də 2,5 dəfə artaraq 16 min 382 ədədə çatıb.

FED.az Gömrük Komitəsinin açıqladığı hesabata əsasən xəbər verir ki, 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 16 min 382 ədəd avtomobil idxal olunub.
 
Belə ki, sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2018-ci ilin ilk 9 ayında ötən ilin eyni dövrü ilə müqayisə də 20,28% azalaraq 110 ədədə enib.

Adamaların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri 2018-ci ilin yanvar-sentyabr ayları ərzində idxalı ötən ilin eyni dövrünə nəzərən 2,5 dəfə artaraq 14 min 680 ədədə çatıb.

Yük daşımaq üçün nəzərdə tutlmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2018-ci ilin ilk 9 ayında ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə artaraq 1 min 507 ədəd olub.

Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı  isə 2018-ci ilin yanvar-sentyabr ayları ərzində 85 ədəd təşkil edib, 2017-ci ilin ilk 9 ayı üçün isə bu göstərici 52 ədəd təşkil edib.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz