12 oktyabr 2018 12:52

Növbəti depozit hərracı elan edildi - MƏBLƏĞ

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.

 15 oktyabr 2018-ci il il tarixində keçiriləcək hərrac ilə 350 milyon manat cəlb edilməsi nəzərdə tutulur.  

Müddət 14 gün, faiz dərəcəsi 8,01% – 9,99% aralığında müəyyən olunub.

Mərkəzi Bank depozit hərracı və not emissiyaları ilə banklardakı izafi manat kütləsini yığır. 

Xəbər verdiyimiz kimi, 08.10.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 143,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir. Mərkəzi Bank 350 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbləği də cəlb etmişdir. 

 01.10.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 61,2 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir.

FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz