12 oktyabr 2018 12:39

Ölkədə yeni sahibkarlıq növü yaradılır

Azərbaycanda mikrosahibkarlıq fəaliyyət növünün yaradılması nəzərdə tutulur. 

FED.az xəbər verir ki, bu məqsədlə “Kiçik sahibkarlığa dövlət köməyi haqqında" və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında"  qanunlara eyni mahiyyətli dəyişiklik edilməsi təklif olunur.

Dəyişikliklər layihələri Milli Məclisin oktyabrın 12-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Bildirilir ki, kiçik sahibkarlıq subyektləri dedikdə "Sahibkarlıq fəaliyyəti haqqında" Qanuna uyğun olaraq təsdiq edilən meyarlar əsasında müəyyən olunmuş kiçik və mikro sahibkarlıq subyektləri başa düşülür. 

Həmçinin, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunda göstərilir ki, 18.1-ci maddədə birinci, ikinci və üçüncü cümlələrdə "orta və kiçik" sözlərinin, “orta, kiçik və mikro" sözləri ilə əvəz edilsin. Eyni zamanda, üçüncü cümlədə "müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir" sözlərinin "Sahibkarlıq fəaliyyəti haqqında" qanuna uyğun olaraq müəyyən edilir" sözləri ilə əvəz edilməsi təklif olunur.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz