12 oktyabr 2018 12:18

Kanadanın ən yaxşı “MBA universitet”ləri – Təhsil müddətləri, ödənişlər...

Hətta təhsilinin ən yüksək inkişaf dövrünü yaşayan dünya ölkələrində də insanlar bəzən xaricdə təhsil almaq istəyirlər.

Azərbaycanda da xarici ölkələrdə təhsil almaq istəyənlər çoxdur. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi Çin və digər yerlərdə təhsil almağı hədəf seçib.

MBA (Master of Business Administration) - Biznes İnzibatçılığı Magistrı deməkdir.

MBA postdiplom təhsil proqramıdır. Bu proqram orta və yuxarı dərəcəli menecerlərin hazırlanmasına yönəldilib. Ümumi olaraq,  təhsil müddəti ortalama 2-3 il olur. Azərbaycanda MBA təhsili verən universitetlər: UNEC, ADNSU, ATU, ADA, Qərb Universiteti, Xəzər Universiteti, BMU, Aqrar Universiteti, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti.

Sahəsi üzrə ixtisaslaşmağı hədəfləyənlərə məlum olan MBA, beynəlxalq arenada dövrün ən vacib təhsil formalarından biri hesab olunur.

İxtisas bilgiləri ilə yanaşı, müxtəlif dil və mədəniyyətlərlə tanış olmaq, bir sözlə, sosiallaşmaq istəyən gənclər xaricdə MBA oxumağa üstünlük verirlər. Kanadada bu proqramı tədris edən olduqca güclü universitetlər var.

Fins.az Kanadada MBA tədris edən ən yaxşı universitetləri, təhsil müddəti və təhsil haqqlarını təqdim edir:

Rotman School of Management, University of Toronto

Təhsil müddəti: 20 ay
Təhsilhaqqı: $95.100

Queen’s School of Business, Queen’s University

Təhsil müddəti: 12 ay
Təhsilhaqqı: $77.000

Ivey Business School, Western University

Təhsil müddəti: 12 ay
Təhsilhaqqı: $82.000

Schulich School of Business, York University

Təhsil müddəti: 16 ay
Təhsilhaqqı: $70.710

HEC Montreal

Təhsil müddəti: 13 ay
Təhsilhaqqı: $15.300

Desautels Faculty of Management, McGill University

Təhsil müddəti: 20 ay
Təhsilhaqqı: $79.500

University of Alberta

Təhsil müddəti: 16-20 ay
Təhsilhaqqı: $27.862

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz