12 oktyabr 2018 12:08

Daş karxana sahiblərinin DİQQƏTİNƏ

Bəzi şadlıq sarayları, restoranlar və ictimai-iaşə obyektləri nazirliyin xəbərdarlıqlarına əməl etmirlər. Bakıda və Abşeron rayonu ərazisində fəaliyyət göstərən 217 ictimai-iaşə obyektində monitorinq və araşdırma aparılıb. Araşdırmalar nəticəsində bu obyektlərdən cəmi 25-inə qurğu quraşdırıldığı müəyyən edilib.

FED.az xəbər verir ki, Paytaxt ətrafındakı bəzi daş karxanalarında pozuntular aşkar edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov deyib ki, həmin karxanalar müvafiq icra hakimiyyətinin torpaq ayırmaya dair sərəncamı olmadan, ekoloji norma və qaydalara riayət etmədən fəaliyyət göstərir. Buna görə də onlara qarşı cərimələr tətbiq olunub.

Nazirlik əməkdaşları restoran və ictimai iaşə obyektlərində də monitorinq həyata keçiriblər. Nəticədə standartlara uyğun təmizləyici qurğuları olmayan obyektlərin sahibləri cərimələnib. Ümumilikdə xəbərdarlıq edilən 217 iaşə obyekti və şadlıq evindən yalnız 25-də müvafiq qurğunun quraşdırıldığı məlum olub.

Nazir müavini Firdovsi Əliyev isə qanunsuz ağac kəsimi hallarına diqqət çəkib. O bildirib ki, dövlət başçısının Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi, ağacların kəsilməsi halları azalsa da, tam aradan qaldırılmayıb. Bunu nəzərə alaraq Nazirlik bundan sonra da ağac kəsənlərə qarşı sərt tədbirlər görcək. Problemin tam aradan qaldırılması məqsədilə növbəti günlərdə meşələrin giriş-çıxışlarına kameralar quraşdırılacaq.

Milli.az

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz