12 oktyabr 2018 11:50

“İmişli-Yağ-Pendir” və “Mingəçevir Balıq” birjada!

11 oktyabr 2018-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “İmişli-Yağ-Pendir” ASC və  “Mingəçevir Balıq” ASC-nin qiymətli kağızları BFB-də alternativ bazar seqmentində listinqə daxil edilmişdir.

Birjadan daxil olmuş məlumata görə, bu gün hər iki ASC-nin səhmləri 2 manatdan ticarətə buraxılıb.

İstiqrazların yerləşdirməsi üzrə anderrayter “Unicapital İŞ ASC”-dir.

 

Döv. Qeyd. nömrəsi Q/k növü və forması Emitent Q/k-ın ticarətə buraxılması tarixi Q/k-ın ilkin ticarət qiyməti
1 AZ1001012462 Adi səhm “İmişli-Yağ-Pendir” ASC 12.10.2018 2 AZN
2 AZ1001002604 Adi səhm “Mingəçevir Balıq” ASC 12.10.2018 2 AZN

 







FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz