12 oktyabr 2018 11:33

Xarici ticarətdə "yaşıl zonadayıq" - YENİ RƏQƏMLƏR

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 22,18 mlrd. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,9% çoxdur.

9 aylıq ticarət dövriyyəsinin 14,275 mlrd. dolları ixracın, 7,905 mlrd. dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 75,3%, idxal isə 27,95% artıb.

Beləliklə xarici ticarətdə 6,37 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da 1 il əvvələ nisbətən 3,2 dəfə çoxdur. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz