12 oktyabr 2018 11:14

Hərraca çıxarılan daşınmaz əmlaklar - SİYAHI

Bakı şəhərində 6 noyabr saat 10:00-da  6 ədəd istifadəsiz qalmış daşınmaz əmlak təkrar hərraca çıxarılacaq .

FED.az Əmlak Komitəsinə istinadən xəbər verir ki, təkrar hərrəca çıxarılacaq daşınmaz əmlklar bunlardır:

1.Ümumi faydalı sahəsi 287,9 m2 olan, 4 mərtəbəli binanın zirzəmisi olan yaşayış sahəsi Bakı şəhəri, Sabunççu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi,2/4 ünvanında yerləşir. Əmlakın ilkin satış qiyməti 35 min manat olub, həmçinin hərraca çıxarılan ümumi ilki satış qiyməti 35 min manatdır. Beh isə  3 min 500 manat təşkil edr.

2. Ümumi faydalı sahəsi 24,2 m2 olan 9 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsi olan yaşayış sahəsi Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babşov küçəsi , 16 ünvanında yerləşir. Əmlakın ilkin qiyməti və hərraca çıxarılan ümumi ilkin satış qiyməti 5 min manat olub, beh isə 500 manatdır.

3. Ümumi faydalı sahəsi 162,9 m2 olan 9 mərtəbəli binanın zirzəmisinin bir hissəsi  olan yaşayış sahəsi Bakı şəhəri, Nərimanov  rayonu, Ə.Əliyev küçəsi , 148 ünvanında yerləşir. Əmlakın ilkin qiyməti və hərraca çıxarılan ümumi ilkin satış qiyməti 25 min manat olub, beh isə 2 min 500 manatdır.

4. Ümumi faydalı sahəsi 93 m2 olan 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsi  olan yaşayış sahəsi Bakı şəhəri, Yasamal   rayonu, M.Xiyabani küçəsi , 6 ünvanında yerləşir. Əmlakın ilkin qiyməti və hərraca çıxarılan ümumi ilkin satış qiyməti 23 min 250 manat olub, beh isə 2 min 325 manatdır.

5. Ümumi faydalı sahəsi 15 m2 olan 9 mərtəbəli binanın zirzəmisinin bir hissəsi  olan yaşayış sahəsi Bakı şəhəri, Xətai   rayonu, Gəncə prospekti , 23B  ünvanında yerləşir. Əmlakın ilkin qiyməti və hərraca çıxarılan ümumi ilkin satış qiyməti 2 min  manat olub, beh isə 200 manatdır.

6. Ümumi faydalı sahəsi 49,9  m2 olan 5 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsi  olan yaşayış sahəsi Bakı şəhəri, Xətai   rayonu, S.Senyuşkin küçəsi , 7a  ünvanında yerləşir. Əmlakın ilkin qiyməti və hərraca çıxarılan ümumi ilkin satış qiyməti 12 min 500  manat olub, beh isə 1 min 250 manatdır.
 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz