12 oktyabr 2018 11:08

Sığorta şirkətlərində hər bir  işçiyə düşən ödənişlərin  məbləğ – SİYAHI, MƏBLƏĞ

Sığorta şirkətlərinin 2018-ci ilin avqust ayı üzrə açıqladıqları yığım məbləğlərinə  və FED.az olaraq 2018-ci ilin 2-ci rübü üçün hazırladığımız işçilərin sayına əsasən bu dəfə də hər bir sığorta şirkətində çalışan işçiyə nə qədər ödənişin  düşdüyünü göstərən  siyahını sizə təqdim edirik.

Siyahıya əsasən işçi başına ən çox ödəniş  “Paşa Həyat Sığorta” ASC şirkətinə məxsusdur ki, burda hər bir işçiyə 314,6 min manat yığım düşür, 2-ci yerdə isə 147,9 min manatla “Atəşgah Həyat” ASCdir. İşçi başına ən az ödəniş  isə “Amrah Sığorta” ASC-dir ki, burada hər işçiyə 2,5 min manat yığım düşür, növbəti yerdə isə 7,6 min manatla “Rəvan Sığorta” ASC-dir.

Qeyd edək ki, “Bakı Sığorta” ASC, “Azərsığorta” DSKŞ, “Xalq Sığorta” ASC və "Naxçıvansığorta" ASC şirkətləri öz işçilərinin sayını gizlətdikləri üçün onlarda sözügedən göstəricini hesablamaq mümkün olmayıb.

 

Sığortaçının adı Hər işçiyə düşən ödəniş (  min manat)
1 “AtaSığorta” ASC  21,3
2 “Günay Sığorta” ASC 18,2
3 “Atəşgah” ASC 38,6
4 “Qala Həyat” ASC 152,1
5 “Amrah Sığorta” ASC  2,5
6 “Sənaye Sığorta” ASC  27,1
7 “AZSIĞORTA” ASC 17,8
8 “Standard Insurance” ASC 24,3
9 “Meqa Sığorta” ASC 17,8
10 “AXA MBASK” ASC 73,9
11 “Paşa Sığorta” ASC 124,1
12 “A-Qroup Sığorta” ASC  81,1
13 “İpək Yolu Sığorta” ASC 31,9
14 “Qala Sığorta” ASC 9,1
15 “Rəvan Sığorta” ASC 7,6
16 “Paşa Həyat Sığorta” ASC 314,6
17 “Atəşgah Həyat” ASC 147,9
18 “Azərsığorta” DSKŞ -
19 “Bakı Sığorta” ASC -
20 “Xalq Sığorta” ASC  -
21 "Naxçıvansığorta" ASC   -
 
 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz