01 dekabr 2016 15:30

İlham Əliyev yenidən MOK prezidenti seçilib

Milli Olimpiya Komitəsində (MOK) Hesabat-Seçki Konfransı keçirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev yenidən MOK prezidenti seçilib. Bu barədə qapalı keçirilən iclasdan sonra gənclər və idman naziri Azad Rəhimov açıqlama verib. O bildirib ki, konfrans iştirakçıları yekdilliklə 1997-ci ildən bu vəzifədə olan İlham Əliyevə səs veriblər: “İdman ictimaiyyəti adından idmançıların əsl mənada böyük dostu, idmana dəstək olan cənab prezidenti təbrik edirik. Bugünkü nailiyyətimizə təkan verən insandır”.

Qeyd edək ki, bu gün MOK-un vitse-prezidentləri, baş katibi, İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvləri məlum olacaq.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin