12 oktyabr 2018 10:06

“Facebook” yüzlərlə hesabı sildi

“Facebook” yalan informasiya və spam yayan 559 istifadəçinin hesabını silib. 

FED.az xəbər verir ki, TASS agentliyinin yazdığına görə, ABŞ-da auditoriyaya təsir göstərməyə çalışan amerikalılar tərəfindən idarə edilən 250 hesab da bağlanıb. 

Blok olunmuş istifadəçilər siyasi debatlar üçün legitim forum məsələsində insanları yanıldan paylaşımlar edib.

Xatırladaq ki, noyabrda ABŞ-da Konqresə seçkilər keçiriləcək. “Facebook”un hesabları silməsi bununla bağlıdır. 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz