12 oktyabr 2018 08:33

Türkiyədə dollar sürətlə ucuzlaşır

Türkiyədə dollar sürətlə düşməyə davam edir. FED.az xəbər verir ki, dünən Türkiyə prezidentinin Amerkalı keşişin həbsdən azad edilməsi ilə bağlı müsbət açıqlamasından sonra, dollar bu gün  5,98 lirədən düşərək, 5,90 lirə olub.

Avro və funt da ucuzlaşaraq, uyğun olaraq 6,85 lirə və 7,782 lirəyə ticarət olunur.

Qeyd edək ki, bu gün Amerkalı keşiş Brunsonun məhkəməsi olacaq.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz