11 oktyabr 2018 22:58

Cəsusun buraxılacağı gözlənilir - LİRƏ BAHALAŞIR

Sabah Türkiyədə keçiriləcək məhkəmədə keşiş Endryu Bransonın sərbəst buraxılacağı gözlənilir. Bu ehtimal Lirənin bahalaşmasına səbəb olur.

Bu gün Lirə Dollar qarşısında indiyədək 2,7% dəyər qazanıb. Bakı vaxtı ilə saat 22:27-də Dollar TL məzənnəsi 5.9144 səviyyəsinə düşüb. Ötən həftə Dollar 6.20 lirəyədək yüksəlmişdi.

Terror təşkilatları PKK, FETÖ/PDY adına cinayət törətmək və  casusluqda günahlandırılan Bransonun həbsi ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsilə nəticələnmiş və Dollar 7 lirəyədək bahalaşmışdı.

 

"COMMERZBANK"IN PROQNOZU

"Commerzbank"ın İnkişaf edən bazarlar üzrə iqtisadçısı Tatha Ghose Türkiyədə ev həbsində olan ABŞ-lı keşiş Endryu Bransonın sərbəst buraxılması vəziyyətində Dollar/TL məzənnəsinin 5.50 TL səviyyələrinə düşə biləcəyini deyib. 

İqtisadçı keşişin buraxılmaması vəziyyətində məzənnənin çox hərəkət etməyəcəyini, ən çox 6.15-lərə yüksələcəyini bildirib. Çünki bu ehtimal artıq məzənnədə əks olunub.

Ekspert, yaxın gələcəkdə geosiyasi gərginliklərin də Türk Lirəsi üzərində əhəmiyyətli təsiri olacağını sözlərinə əlavə edib.

 
RABOBANK-IN PROQNOZU

"Rabobank"ın İnkişaf edən bazarlar üzrə strateqi Piotr Matys 12 Oktyabrdakı məhkəmədə keşiş Bransonın sərbəst buraxılması vəziyyətində Dollar/TL məzənnəsinin  5.69-5.70 türk lirəsi səviyyələrinə düşəcəyini bildirib.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz