11 oktyabr 2018 19:13

Halal məhsullara qarşı kampaniya başlayıb

Çinin hakimiyyət orqanları “”İslamın dünyəvi yaşayışa sirayət etməsinin və müsəlman qırğız, qazax, uyqur və dunqanların kompakt yaşadıqları Sintzyan vilayətində “ekstremizmi” qızışdırmasının qarşısını almaq” məqsədilə halal məhsullara qarşı kampaniyaya başlayıb.

FED.az xəbər verir ki, Pekin son illərdə onun nəzərində separatçı element sayılanların təqibini gücləndirib. BMT-nin son hesabatına görə bu vilayətdə 1 milyonadək müsəlman “təkrar tərbiyələndirmə düşərgələrində” saxlanır.

Sintzyan vilayətinin kommunist lideri oktyabrın 8-də adamları bütün dinləri rədd etməyə, yalnız marksist ideologiyasını rəhbər tutmağa və yalnız mandarin dilində danışmağa çağırıb.

Sintzyanın mərkəzi şəhəri olan Urumçinin rəsmi sosial media platformasında partiya kadrlarının dinlərdən imtina etməsi tələb olunub.

Kommunistlərdən öz sosial media səhifələrində belə bir post yazmaları istənir: "Mənim inancım marksizm-leninizmdir…Mən bayrağımızı uca tutmalı və “halal ərzaq meylləri” ilə sonadək vuruşmalı və ölüm bahasına olsa belə əqidəmə sadiq qalmalıyam”.

Hökumət rəsmilərinə heç bir pəhriz məhdudiyyəti gözləməmək tapşırılıb. Bu da bildirilib müəssisələrin yeməkxanalarında əməkdaşlar “müxtəlif millətlərin mətbəxini” dadmalıdırlar.

İndiyədək bu vilayətdə olan uyqurların və başqa müsəlmanların üzərinə bir sıra məhdudiyyətlər qoyulub, saqqallar və hicab qadağan edilib.

BMT-nin hesabatında deyilir ki, adamlar hətta bir-birlərini müsəlman bayramları münasibətilə təbrik etdiklərinə görə “islah düşərgələrinə” göndərilirlər. ("Azadlıq" radiosu)

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz