11 oktyabr 2018 18:03

İrəvan Dram Teatrında təmir işləri – TENDER ELANI

FED.az xəbər verir ki, MƏDƏNİ İRSİN QORUNMASI, İNKİŞAFI VƏ BƏRPASI ÜZRƏ DÖVLƏT XİDMƏTİ AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 1 lot üzrə keçirilir:
lot 1 - Binəqədi rayonu, İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidənqurulma işləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Yusif Səfərov 27 (AZ1025) (Əlaqələndirici şəxs :Tender Komissiyası, telefon :(012) 489-08-20 (104)) ünvanından ala bilərlər .

İştirak haqqı
lot 1 - 1500 manat 

 

Hesab: AZ04CTRE00000000000004628501
VÖEN 1700654831
Bank: Dövlət Xəzinədarlığı Agentliyi 
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Tenderdə iştirak etmək üçün yazılı müraciət;
Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
Digər sənədlər: FHN-nin Tikintidə Təhlükəsziliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilən lisenziya; Analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları haqqında rəsmi məlumat.
 
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-11-12 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-11-26 17:00qədər Bakı, Yusif Səfərov 27 (AZ1025) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2018-11-27 15:00 tarixində AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Y. Səfərov küçəsi 27 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz