“Kapital Bank” yenə də rübü mənfəətlə başa vurub.
FED.az “Kapital Bank”ın “Mənfəət və Zərər” haqqında hesabatına əsasən xəbər verir ki, 2018-ci ilin ilk 9 ayı üçün bankın faiz gəlirləri 234 mln 57 min manat, faiz xərcləri isə 57 mln 782 min manat təşkil edib. Sonda xalis faiz gəlirləri 2018-ci ilin 3-cü rübündə ilin əvvəli ilə müqayisə də 2,95% azalaraq 176 mln 275 min manata enib.
Qeyri-faiz gəlirləri 110 mln 730 min manat , qeyri –faiz xərcləri isə 120 mln 642 min manat olub. Yekunda, əməliyyat mənfəəti 2018-ci ilin ilk 9 ayı üçün ilin əvvəlinə nəzərən 1,21% azalaraq 166 mln 363 min manat. 2018-ci ilin 3-cü rübündə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar ilin əvvəlinə nisbətən 1,6 dəfə artaraq 76 mln 414 min manata yüksəlib.
Yekunda, 2018-ci ilin 3-cü rübünü bank 71 mln 92 min manat mənfəətlə başa vurub. Xatırladaq ki, “Kapital Bank” 2018-ci ilin 2-ci rübünü 41 mln 673 min manat mənfəətlə eyni zamanda 2017-ci ilin yekunu da 94 mln 840 min manat mənfəətlə başa vurub.
FED.az “Kapital Bankın” “Balans” hesabatına istinadən bildirir ki, bankın 2018-ci ilin ilk 9 ayı üçün cəmi aktivləri ilin əvvəlinə nəzərən 8,57% artaraq 3 mlrd 457,5 mln manata yüksəlib, cəmi kapital isə 0,75% azalaraq 323 mln 494 min manata enib.
Bankın 2018-ci ilin 3-cü rübü üçün kredit portfeli 1 mlrd 380,2 mln manat olub , müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 2-ci rübündə bu göstərici 1 mlrd 318 mln manat olub, 2017-ci ildə isə 1 mlrd 243 mln manat olub.