11 oktyabr 2018 15:39

Kürdəmirdə nar ixracına başlanılıb

Kürdəmir rayonunda nar yığımına başlanıb və bağlardan qısa vaxtda 18 min 431 ton məhsul dərilib. Yığılan məhsulun əsas hissəsi xarici bazarlara, xüsusilə Rusiyaya və Baltik ölkələrinə yola salınır.

Rayon statistika idarəsindən bildirilib ki, bölgədə kənd təsərrüfatının bitkiçilik sahəsində bağçılıq məhsullarının istehsalı xüsusi çəkiyə malikdir və nar əsas ixrac məhsullarından biri kimi sahibkarların böyük əhəmiyyət verdikləri məhsuldur. Təsadüfi deyildir ki, artıq nar bağlarının sahəsi 3422 hektara çatıb. Bu, meyvə bağlarının 86 faizini təşkil edir. Sığırlı, Karrar, Axtaçı, Ərəbqubalı və bir sıra digər ərazi vahidlərində narçılıq əsas gəlir gətirən məşğuliyyət sahəsinə çevrilib. Son illər nar bağlarının intensiv üsulla salınmasına daha çox üstünlük verilir. Mövcud bağların 1500 hektarı və ya 44 faizi məhz bu üsulla salınıb. Bu cür bağlardan daha çox və keyfiyyətli məhsul götürülür.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz