11 oktyabr 2018 20:00

Azər Türk Bank işçi axtarır - VAKANSİYA

1. Əməliyyatçı-kassir

(Şirvan filialı)

Namizədə olan tələblər

  • Ali iqtisadi təhsil
  • Səlis Azərbaycan dili biliyi (Rus və İngilis dili arzuolunandır)
  • Bank sahəsində minimum 1 illik iş təcrübəsi
  • Yüksək ünsiyyətqurma qabiliyyəti
  • Komandada  işləmək bacarığı
  • Təşəbbüskarlıq, məsuliyyətlilik və diqqətlilik
  • MS Office proqramlarından istifadə bacarığı

Vəzifə öhdəlikləri

  • Hüquqi və fiziki şəxslərə yüksək səviyyəli bank xidmətlərinin göstərilməsi
  • Kassa işinin təşkilini və kassa əməliyyatlarının aparılması qaydalarını bilmək
  • Müştərilərə bankın bütün məhsul və xidmətlərinə dair məlumat vermək
  • Bankda mövcud olan pulköçürmə sistemləri üzrə müştərilərə xidmət göstərmək
  • Ödəniş tapşırıqları və hesablaşma-kassa əməliyyatlarını həyata keçirmək

CV-lərinzi vakansiyanın adını qeyd etməklə cv@azerturkbank.az elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.

 

2. Kredit şöbəsinin mütəxəssisi

(Şirvan filialı)

Namizədə olan tələblər

  • Ali təhsil
  • Azərbaycan dilində yüksək ünsiyyətqurma qabiliyyəti
  • Komandada işləmək bacarığı
  • İstehlak kreditləri sahəsi üzrə iş təcrübəsi
  • Peşəkarlıq, məsuliyyətlilik və diqqətlilik
  • Qüvvədə olan bank qanunvericiliyi və normativ hüquqi aktlar üzrə biliklər
  • MS Office proqramlarından istifadə bacarığı

Vəzifə öhdəlikləri

  • Qüvvədə olan qanunvericiliyə uyğun, müvafiq təlimatlar və prosedurlar əsasında kreditlərin verilməsi
  • Bankda kreditlərin verilməsinin daxili prosedurları və uçotu haqqında qaydalara riayət etmək
  • Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq
  • Yeni müştərilərin cəlb edilməsi üzrə təşəbbüs göstərmək
  • Aylıq hesabatların təhlilinə əsasən monitorinqin nəticələrini şöbə rəisinə təqdim etmək

 

CV-lərinzi vakansiyanın adını qeyd etməklə cv@azerturkbank.az elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz