11 oktyabr 2018 09:34

Türkiyənin məşhur şirkəti - İFLASIN ASTANASINDA

Süd və süd məhsulları sektorunda yarım əsri geridə qoyan Türkiyənin "Yörsan Gıda" şirkəti konkordat (konkordato) istəyib. Konkordat müraciəti ötən gün məhkəməyə təqdim edilib.

ELƏCƏ DƏ BAX: Azərbaycanda «konkordato» – BORCU LƏNGİTMƏK OLARMI?


İddia ərizəsində, şirkətin maliyyə çətinliyi içində olduğu qeyd edilib. İddia ərizəsinə görə, iqtisadiyyatdakı çətinliklər şirkətin maliyyə vəziyyətinə mənfi təsir göstərib. Məsələyə yaxın bir mənbə bildirib ki, marketlərə satılan məhsulların manfəət marjasnda azalma, yanacağın bahalaşması ilə artan maddi-texniki xərclər və kredit xərclərindəki artım şirkətin maliyyə vəziyyətinin pisləşməsinə səbəb olub. 

Xəbərə görə, konkordato tələb edən "Yörsan Gıda"ya qarşı bəzi borc verənlər icraya müraciət ediblər.  Şirkətə süd verən bir şirkəıt 400 min manatlıq alacağı səbəbi ilə "Yörsan"ını əmlakının müsadirə olunmasını tələb edib.

ELƏCƏ DƏ BAX: Kapitalı 10 manat olan şirkətdən nə gözləmək olar ki… - MÜSAHİBƏ

 

 "Yörsan Gıda"  İstanbul Sənaye Palatasının açıqladığı 500 ən iri sənaye müəssisəsi siyahısında yer alır. 

"Yörsan" 4 il əvvəl Dubayın xüsusi kapital fondu "Abraaj Group"a satılıb."Yörsan"ın 96 faizi "Abraaj Qrupun"un nəzarətindəki "Dairy Fresh Süt Ürünleri Ve Gıda Yatırımları San. Ve Tic. AŞ"yə, qalan hissə isə "Yörsan"ın üç təsisçisindən biri olan Şerafettin Yörük-ə aiddir.

"Yörsan Gıda"nın pendirləri Azərbycan bazarında da məşhurdur.

Konkordat müflisləşmə razılaşmasıdır. Məhkəmənin qərarı ilə borcluya möhlət verilir. Bu möhlət borcverənlər ilə razılaşdırılır.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz