10 oktyabr 2018 18:39

Şəkidə "ASAN Həyat" qurulur - 20 MİLYON AYRILDI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Şəki “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi haqqında" Sərəncam imzalayıb.

FED.az xəbər verir ki, Sərəncama əsasən, Şəki “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi məqsədilə 2018-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 19,8 milyon (on doqquz milyon səkkiz yüz min) manatı ayrılıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz