10 oktyabr 2018 20:00

AFB Bank işçi axtarır - VAKANSİYA

AFB Bank Korporativ kreditlər üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Korporativ kreditlər üzrə mütəxəssis

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil); 
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması; 
• Sahəyə aid olan qayda və normativləri bilmək;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Maliyyə və kredit analizi bilikləri;
• Yaxşı ünsiyyət bacarığı;
• Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı, ingilis dili bilənlərə üstünlük verilir;
• Ofis proqramlarından mükəmməl istifadə bacarığı; 
• Komandada işləmək bacarığı. 

İŞİN TƏSVİRİ:

• Yeni müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq, 
• Bankın kredit və qeyri-kredit məhsullarının satışının təşkili; 
• Cari müştərilərə çarpaz satışların həyata keçirilməsinin təşkil edilməsi; 
• Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini aparmaq.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz