10 oktyabr 2018 10:55

İlham Əliyev pomidor "parnik"lərinin artmasından danışdı- "BİZ GƏRƏK...."

Rusiyaya pomidor ixracında Azərbaycan birinci yerdədir. Biz çalışmalıyıq ki, bu birinciliyi saxlayaq.

FED.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident qeyd edib ki, Azərbaycanda bir çox istixanalar salınır: "Son məlumata görə, təqribən 400 hektar sahədə yeni istixanalar salınır, onların da böyük əksəriyyəti pomidor istehsalına hesablanıb. Ona görə, baxmalıyıq ki, nə qədər əlavə bazar bizim istehsalımızı həzm edə bilər. Eyni zamanda, biz gərək pomidorun emalını təmin edək ki, məhsulumuz xaricə daha da böyük qiymətə satıla bilsin".

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz