09 oktyabr 2018 20:35

Türkiyədə böyük endirimlər başladı

Türkiyənin "Orka Holding" şirkəti, İnflyasiya ilə Mübarizə Proqramı çərçivəsində "Damat", "Tween" və "D'S Damat" olmaqla bütün markalı məhsullarında 20 faiz endirim elan edib.
 

Holdinqdən verilən məlumata görə, endirim, xəzinə və maliyyə naziri Berat Albayrak tərəfindən açıqlanan İnflyasiya ilə Mübarizə Proqramına dəstəkdir.

 

Bu gün Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak ölkə miqyasında endirim kampaniyasına başlandığın açıqlayıb. 

 

"Bütün şirkətlərimizdən minimum 10 faiz endirim etmək və bu güzəşti il sonuna qədər davam etdirmək sözü aldıq. Bütün şirkətlərimiz endirim kampaniyasına dəstək sözü verdilər",- nazir deyib.


Albayrak bildirib ki, banklar da kredit faizlərində 10% endirim edəcəklər. Həmçinin, bu ilin sonuna qədər elektrik və təbii qazın qiymətləri qaldırılmayacaqdır.

 

Türkiyədə yüzlərlə yerli şirkətin 30%-dək endirimlər edəcəyi gözlənilir.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz