09 oktyabr 2018 16:19

Bulvar İdarəsi monitor alır - TENDER

FED.az xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi 3 ədəd monitorun satınalınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə, ikiqat zərflərdə yazılı surətdə tender komissiyasına təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən şəxslər tenderdə iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 2A nömrəli ünvanda (əlaqələndirici şəxs – Elvin İbrahimovdan, tel.: (012) 404 95 96) ala bilərlər.
İştirak haqqı 500 (beş yüz) manatdır.
TƏŞKİLAT: DƏNİZKƏNARI ­BULVAR İDARƏSİ 
 H/ h: AZ88AIIB38060019443603022118
VÖEN: 1700865471
BANK: “KAPİTAL BANK” ASC-nin GƏNCLİK FİLİALI
KOD: 200189
VÖEN: 9900003611
H/h: AZ37NABZ01350100000000001944
SWİFT BİK: AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (şərtlər təklif zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); 
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi  vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;  
- iddiaçının son bir illik fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir illik maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- iddiaçının tenderdə iştirakına təsir edə biləcək digər müvafiq məlumatlar.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 25 oktyabr 2018-ci il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 5 noyabr 2018-ci il saat 17.00-dək Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 2A nömrəli ünvanda tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 6 noyabr 2018-ci il saat 12.00-da Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 2A nömrəli  ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.
 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz