09 oktyabr 2018 15:08

Tümendən Azərbaycana kartof tədarükü başlanıb

Çərşənbə axşamı Rusiyanın Tümen vilayətindən Azərbaycana 372 ton kartof tədarük olunub. Bu barədə Rusiya mətbuatı məlumat verir.

“Cari ildə “Aqrofirma KRiMM” MMC bir partiya məhsulları ixraca göndərib. Kartof məhsulunun olduğu 6 vaqon Azərbaycana göndərilib. Partiyanın ümumi çəkisi 372 tondur”, - məlumatda qeyd olunur.

Tədarükdən əvvəl bütöv məhsul karantin nəzarətindən keçirilib.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz