08 oktyabr 2018 18:12

Palatanın lisenziya verdiyi şirkət kimə məxsusdur?

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə "İNS Consulting" MMC-yə sığorta agenti fəaliyyəti üçün müddətsiz lisenziya verilib.

FED.az xəbər verir ki, "İNS Consulting"in lisenziya alması ilə hüquqi şəxs sığorta agentlərinin sayı 59-a çatıb.

"İNS Consulting" 2017-ci ilin Fevral ayında dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Hikmət Allahverdi Hidayət oğludur. O, 2017-ci ilin Oktyabr ayında lisenziyası ləğv edilmiş "Başak İnam" Sıgorta şirkətində Biznesin İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb. 

"Lisenziya almaq üçün 17.03.2017-ci il tarixində müraciət etmişdim. Planlar var, lisenziya gözlədiyimiz vaxtda sektoru, burada baş verənləri analiz etmək şansımız oldu. İlk iş sığorta şirkətləri ilə müqavilə bağlamağa başlamaqdir. Amma hələ lisenziya bizə təqdim edilməyib, təqdim olunsun, ətraflı danışarıq",- Hikmət Allahverdi açıqlamasında bildirib.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz