08 oktyabr 2018 20:00

PASHA Life işçi axtarır - VAKANSİYA

Vakansiya haqqında məlumat:

Struktur bölmə : İnsan resursları departamenti

Vəzifə : Daxili kommunikasiya şöbəsinin müdiri

Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq

İş saatları (iş rejimi) : 09:00-18:00

Son müraciət tarixi :  10 oktyabr 2018-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Korporativ kommunikasiya strategiyasını hazırlamaq və icra etmək;
2. Strategiya və prioritetlərin aydınlaşdırılması və funksional bölmələr arasında uyğunluğun təmin olunması məqsədilə illik əməliyyat planının daxili kommunikasiya mexanizmlərini işləyib hazırlamaq;
3. Ünsiyyətin keyfiyyətini artırmaq üçün müntəzəm təlimlər keçmək;
4. Yeni daxili kommunikasiya kanalları yaratmaq və mövcud olanları inkişaf etdirmək məqsədilə layihələr təqdim etmək və icrasını təmin etmək;
5. Kommunikasiya kanallarının səmərəli və effektiv istifadəsini təmin etmək, auditoriyanın tələblərinə cavab vermək üçün daim nəzarətdə saxlamaq və yeniləmək;
6. Şirkətin strategiyasının icrasını düzgün kommunikasiyasını təşkil etməklə dəstəkləmək.

Namizədə olan tələblər:

İş təcrübəsi : Sahə üzrə minimum 3 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : İstənilən ixtisas üzrə ali təhsil tələb olunur, iqtisadi ixtisaslara üstünlük verilir;
Dil bilikləri : Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməlidir.;
Kompüter bilikləri : MS Office;
Fərdi keyfiyyət tələbləri : Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, təqdimetmə bacarığı, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası : CV-lər “Daxili kommunikasiya” mövzusu ilə cv@pasha-life.az ünvanına göndərilməlidir. 
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz