08 oktyabr 2018 20:00

Azərşəkər işçi axtarır - VAKANSİYA

Mühəndis hidrotexnik (Yevlax/Şəmkir)

Namizədlər aşağıda göstərilənləri bilməlidir:

• Kənd təsərrüfatı torpaqlarında torpaqların melorasiya və suvarma qaydalarını və normalarını;
• Hidrotexniki qurğuların, su hovuzlarının, bəndlərin və s. sudanmühafizə qurğularının tikinti-quraşdırma qaydalarını;
• Hidrotexniki qurğuların və bəndlərin mövsüm təmirlərinin yerinə yetirilməsini;
• Melorasiya üzrə texniki avadanlıqların, qurğuların layihələndirilməsinin və alışının təşkili qaydalarını;
• Təsərrüfatlarda suvarma suyundan istifadə qaydalarını və sudan istifadə qrafiklərinin hazırlama prinsiplərini;
• Damlama, yeraltı damlama, damcılama, yağış yağdırma və s. üsullarla ilə bitkilərin suvarma normalarını, qaydalarını və həmin avadanlıqların tətbiqi qaydalarını;
• Suvarma avadanlıqlarına tələb olunan ehtiyat hissələrinin sifarişi və təmiri qaydalarını; 
• Təsərrüfatlar üzrə torpaqların qurudulması, suvarılması və melorasiya olunmasının planlaşdırılmasını;
• Hovuzların, boru xəttlərinin və su bəndlərinin cari və əsaslı təmiri qaydalarını;
• Nasos avadanlıqlarının təmiri və seçimi aqydalarını;
• Suvarma sistemləri, suvarma qurğularının, boru xəttlərinin layihələndirilməsi üçün texniki tapşırıqların hazırlanması qaydalarını;
• Yeni tikilmiş hidrotexnik və melorasiya qurğularının istismara qəbul qaydalarını;
• Hidrotexniki qurğularda qəzaların aradan qaldırılması, təhlükəsiz istismar və əməyin mühafizə qaydalarını.

Digər tələblər:

• Tələb olunan ixtisas üzrə ali təhsil;
• Hidrotexnika sahəsində 5 ildən çox iş təcrübəsi;
• Müvafiq kompüter proqramları biliyi (AutoCAD, Microsoft Office və s.);
• Texniki Rus və İngilis dilləri üzrə biliklər;
• Məsuliyyətlilik və komandada işləmək bacarığı;

İş yeri Yevlax r. və Şəmkir r. Yaşayış və ya yol xərcləri şirkət tərəfindən qarşılanır.
İşçi tibbi sığorta və korporativ nömrə ilə təmin edilir
Nahar şirkət tərəfindən verilir.

Maraqlanan şəxslər öz CV formalarını hr@azsf.az elektron poçt ünvanına başlıq yerində müvafiq vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz