08 oktyabr 2018 16:04

“Aqrolizinq” ASC 29 mln manatlıq müqavilə imzalayıb

"Aqrolizinq” ASC oktyabr ayının əvvəlində 2 firma ilə 29 mln 23,6 min manat dəyərində müqavilə imzalayıb.

FED.az xəbər verir ki, müqavilələrdən biri “GBR Trade” MMC ilə 8,6 mln manat dəyərində olub ki, müqavilənin predmeti Ammofos ( N:P  12:52) gübrəsinin alınması təşkil edib.

Digər müqavilə “Azfert” MMC ilə 20 mln 413,6 min manat dəyərində təşkil edib. Bu şirkətlə 2 müxtəlif müqavilə bağlanıb , dəyəri 2 mln 121,6 min manat olan Karbamid gübrəsi ((NH2)2CO 46%) üzrə müqavilə və dəyəri  18 mln 292 min manat olan Ammonium nitrat (NH4NO3) gübrəsi üzrə müqavilə.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz