05 oktyabr 2018 13:18

Sığortaçılar futbol oynayacaq - PÜŞK ATILDI

05.10.2018 –ci il tarixində  Bakı, Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Sığortaçılar liqası” üzrə futbol çempionatının püşkatma mərasimi baş tutub.

FED.az xəbər verir ki, püşkatma mərasiminə ASA-nın sədri Mustafa Abbasbəyli, sığorta şirkətlərinin rəhbər şəxsləri, həmçinin, iştirakçı şirkətlərin komanda kapitanları qatılıb. Püşkatmanın nəticəsi belədir:

A Qrupunda – AtaSığorta, Meqa Sığorta, Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu və Xalq Sığorta şirkətinin komandaları, B Qrupunda – Paşa Həyat Sığorta, Paşa Sığorta, Atəşgah Sığorta, AzSığorta və Qala Həyat Sığorta şirkətinin komandaları mübarizə aparacaq. Qrup oyunları nəticəsində hər qrupun 1 və 2-ci müəyyən olunur, daha sonra onlar arasında keçirilən oyunlar çempionatın qalibini müəyyən edəcək.
“Sığortaçılar liqası” üzrə futbol çempionatının ilk oyunları B Qrupu üzrə “Paşa Həyat – Atəşgah Sığorta” və “Paşa Sığorta – AzSığorta” komandaları arasında 6 oktyabrda baş tutacaq. 


Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz