05 oktyabr 2018 11:48

Şənbə-bazar günləri Bakıda bəzi yollar bağlı olacaq

Təmir işləri ilə əlaqədar olaraq oktyabrın 6-da axşam saat 23:00-dan oktyabrın 7-də səhər saat 06:00-a qədər (7 saat) Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində, həmçinin oktyabrın 7-də axşam saat 23:00-dan səhər saat 6:00-a qədər (7 saat) Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından şəhər istiqamətində köməkçi yolun Bağırov körpüsünün altından keçən hissəsində hərəkət məhdudlaşdırılacaq.

FED.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri xahiş olunur.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz