05 oktyabr 2018 09:27

Mənzillərin sığortalanmasına kim nəzarət edir? - EKSPERTDƏN AÇIQLAMA 

Sirr deyil ki, Azərbaycanda ən zəif inkişaf edən sığorta növlərindən biri evlərin və mənzilərin icbari sığortalanmasıdır. FED.az xəbər verir ki, ölkə qanunvericiliyində bu sığortanın icbari (yəni məcburi) olmasmı nəzərdə tutulsa da, ölkədəki ev və mənzillərin əksəriyyəti sığortalanmayıb. Yalnız daşınmaz əmlakla əməliyyatlar aparılarkən (alqı-satqı və girov qoyma zamanı) bu evlər sığortalanır. Maraqlıdır ki, bu sığortanın edilməməsinə görə, cərimə də nəzərdə tutulmayıb. 

Qanunvericiliyə əsasən, kommersiya obyektləri, ev və mənzillərin sığortalanmasına Fövqəladə Hallar Nazirliyi nəzarət etməlidir. Amma kommersiya obyektlərinin sığortalanmasından fərqli olaraq mənzillərin sığortalanmasına diqqət azdır. Sığorta eksperti İlkin İbrahimov bununla bağlı fikirlərini bölüşüb: 

İcbari sığortalar haqqında qanunun 75-ci maddəsinə əsasən - İcbari qaydada sığortalanmanın təmin edilməsinə nəzarət aşağıdakı kimi müəyyən edilmişdir: 
İcbari qaydada sığorta etdirmək vəzifəsi müvafiq olaraq müəyyən edilmiş şəxslərin icbari qaydada sığortalanmanı təmin etmələrinə nəzarət maliyyə bazarlarına nəzarət orqanı ilə birlikdə həm də hər bir icbari sığorta növünün özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 

Qanunun maddəsi hüquqşünaslar üçün kifayət qədər başa düşülən, lakin sadə vətəndaşlar üçün bu bir qədər qəliz söz yığınıdır. Sığorta eksperti və hüquqşünas olaraq qanunda göstərilən “Müvafiq icra hakimiyyəti orqanlarını” başa düşülən dildə sizə təqdim edək. 

İlk olaraq nəzrət funksiyası kimi adı çəkilən qurum –Maliyyə Bazarlarına Nəzarət Palatasıdır.(bundan sonra Maliyyə Palatası) Bu qurum ölkəmizdə sığortanın əsas hərəkətverici, qanun qüvvəli aktları qəbul edən, xüsusi problemli məsələlərlə bağlı həlledici sözə sahib olan, eyni zamanda sığorta şirkətlərinin və onların vəzifəli şəxsləri barəsində ciddi tənbeh tədbirləri görə bilən mərkəzçi mövqedə dayanan ən yuxarı orqandır.Palatanın sığorta şirkətlərinin vəzifəli şəxslərinə İnzibati xətalar məcəlləsinin 468-ci maddəsinə əsasən tənbeh tədbiri görmək kimi mühüm vəzifə qoyulmuşdur. Lakin maraqlıdır ki, Maliyyə Palatası bu günə qədər sığorta şirkətlərinin nə rəhbərliyini nə də işçi heyətini inzibati xətalar məcəlləsinin bu maddəsi ilə tənbeh etməmişdir. 

Sığorta ilə bağlı ən ciddi inzibati qərarlar “avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə şəhadətnamənin olmaması” na görə səlahiyyətli qurum olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsidir. Sığorta ilə bağlı ölkədə ən çox inzibati qərar çıxaran orqan məhz bu qurumdur. Elə bunun nəticəsidir ki, İcbari avtonəqliyyat sığortası ölkəmizdə ən çox inkişaf edən sığorta sahələrindən biridir.

“Daşınmaz Əmlakın İcbari sığorta növü” üzrə müvafiq icra hakimiyyəti “Fövqəladə Hallar Nazirliyi”dir. Nazirlik qayda pozuntularına görə inzibati qərarlarının demək olar ki olmamasına görə “əmlak sığortasına” maraq daha azdır. Qanunla dövlət büdcəsindən maliyyələşən qurumların daşınmaz əmlakı dövlət büdcəsindən maliyyələşməlidir. Bu əmlaklar məktəblər, icra hakimiyyətlərinin inzibati idarələri və.s. daxildir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz